Xəbərlər 16.07.2024 15:52 4073

QHT monitorinqləri davam etdirir: Çatışmazlıqların aradan qaldırılması üçün təkliflər hazırlanır

Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları və “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri tərəfindən birgə həyata keçirilən monitorinqlər Nərimanov rayonunda davam etdirilib. Monitorinq zamanı ərazi üzrə səkilərdə, yol kənarları, piyada keçidləri və dayanacaqlarda aşkarlanan çatışmazlıqların qeydiyyatı aparılıb.

QHT.az xəbər verir ki, hazırda monitorinq nəticələrinin aidiyyəti qurumlarla birgə aradan qaldırılması istiqamətində təkliflər hazırlanır.

Xatırladaq ki, paytaxt rayonlarında mövcud çatışmazlıqların aradan qaldırılması məqsədilə davamlı olaraq aparılan birgə monitorinqlər Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilir.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı