Bu il 29,4 min nəfər göy öskürəkdən əziyyət çəkib
2024-cü ilin ilk səkkiz ayında demək olar ki, 29,4 min Çexiya vətəndaşı göy öskürək xəstəliyinə tutuldu, onlardan doqquzu öldü. Bu barədə Dövlət Səhiyyə İnstitutu məlumat yayıb.
QHT.az xəbər verir ki, ölənlərin əksəriyyəti 48 yaşdan yuxarıdır. Avqust ayında həkimlər hər həftə təxminən 700 göy öskürək yoluxma hadisəsini qeyd ediblər. 2024-cü ildə respublikada boğmacaya yoluxmuş xəstələrin sayı 1958-ci ildən, orada peyvəndin başlandığı vaxtdan bəri ən yüksək göstəricidir.
Göy öskürəkdən əziyyət çəkənlər, həkimlərin vurğuladığı kimi, başqalarından təcrid olunmalıdırlar. Qapalı yerlərdə bu hava-damcı infeksiyasının yayılmasına qarşı profilaktik tədbir olaraq həkimlər tez-tez və intensiv ventilyasiya etməyi məsləhət görürlər.
Pərvanə Fərhadqızı