Xəbərlər 06.09.2024 14:50 1878

Rauf Zeyni: "Qarabağ və Şərqi Zəngəzura böyük qayıdış Qərbi Azərbaycana təkan verəcək"

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən Böyük Qayıdış proqramı, işğaldan azad olunmuş ərazilərə məcburi köçkünlərin geri dönməsi və onların təhlükəsiz məskunlaşması istiqamətində atılan mühüm addımlardan biridir. Bu prosesin uğurla başa çatması, yalnız regionun bərpası və inkişafı baxımından deyil, həm də xalqımızın gələcək nəsilləri üçün tarixi bir hadisə kimi dəyərləndirilir. Bu baxımdan, Qərbi Azərbaycana da böyük qayıdışın baş verəcəyi və məcburi köçkünlərin öz yurdlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdacağına dair böyük ümidlər var.

“Bakı Qeyri- Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyinin sədri Rauf Zeyni QHT.az-a açıqlamasında bildirib ki, Böyük Qayıdış proqramının uğurla həyata keçirilməsi, gələcəkdə Qərbi Azərbaycana da məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli formada qayıdışına təkan verəcək. Rauf Zeyni bu prosesi xalqımızın tarixi bir şahidlik olaraq yaşayacağına ümid etdiyini vurğulayıb. Qarabağ və Şərqi Zəngəzurda məskunlaşma və işlə təminat uğurla reallaşdıqca, Qərbi Azərbaycana da Böyük Qayıdışın gerçəkləşməsi istiqamətində ciddi addımlar atılacaq: "Böyük qayıdış uğurla həyata keçirilir və tabii ki, Qarabağ adlı Şərqi Zəngəzura böyük qayıdış həm də gələcəkdə Qərbi Azərbaycana böyük qayıdışın gerçəkləşməsinə çox böyük təkan olur. İnşallah, Allah qısmət eləsin bizim soydaşlarımız, yurddaşlarımız Qərbi Azərbaycan da böyük qayıdışı təhlükəsiz və ləyaqətli şəkildə həyata keçirə bilsin. İnanıram ki, bizim xalqımız bu tarixi şahidi olacaq".

 

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı