Xəbərlər 13.09.2024 14:25 2172

Eyyub Kərimli: "Azərbaycanda pensiyaçıların sayı artmaqda davam edir"

İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli QHT.az-a açıqlamasında Azərbaycanda pensiyaçıların sayının artmaqda davam etdiyini bildirib. Onun sözlərinə görə, 2024-cü ilin iyul ayının 1-nə olan məlumata əsasən, Dövlət Sosial Müdafiə Fondunda qeydiyyatda olan pensiyaçıların sayı 1 milyon 101 min nəfərə çatıb. Bu rəqəm ölkə əhalisinin 10,8 faizini təşkil edir. Bu o deməkdir ki, Azərbaycanın hər onuncu sakini pensiya alır.

Rəsmi statistikaya əsasən, pensiyaçıların 64,4 faizi yaşa görə əmək pensiyası alır ki, bu da 709 min 44 nəfərə bərabərdir. Keçən ilin eyni dövründə bu rəqəm 702 min 920 nəfər olub və nəticədə yaşa görə əmək pensiyası alanların sayı bir il ərzində 6124 nəfər artıb.

Əlilliyə görə pensiya alanların sayı isə azalıb. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əlilliyə görə pensiya alanların sayı 2 min 264 nəfər azalaraq 256 min 533 nəfər təşkil edib. Pensiyaçıların 12,3 faizi, yəni 135 min 423 nəfər isə ailə başçısını itirməyə görə pensiya alır ki, bu rəqəmdə də son bir ildə artım müşahidə olunub.

Ekspertin fikirlərinə görə, bu tendensiyalar Azərbaycanda sosial müdafiə sahəsində mühüm dəyişikliklərin göstəricisidir.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı