Xəbərlər 07.10.2024 11:00 2784

QHT sədrindən açıqlama: Amerikadakı sanksiyalar və Ermənistanın etnik təmizləmə siyasəti

Xankəndi Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva, Amerika Konqresinin bir qrup ermənipərəst konqresmeninin Azərbaycana qarşı sanksiyalar tətbiq etmək üçün “2024-cü il Arsax Gəlirlərinin Bərpası haqqında Akt” qanun layihəsi hazırlamasını kəskin tənqid edib.

QHT.az xəbər verir ki, X.Vəliyeva, erməni şovinizminin nəticəsi olaraq, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur qaldığını vurğuladı. O, Qərb dövlətləri, xüsusilə Amerika və Fransanın, bu illər ərzində baş verən insanlığa sığmayan hərəkətləri görməməzlikdən gəldiklərini bildirib.

"Bu 'sülhsevər' Amerika konqresmenləri, Azərbaycan xalqının öz torpaqlarını işğaldan azad etdiyini həzm edə bilmirlər. Onlar, əslində, anti-Azərbaycan düşmənçilik siyasətini davam etdirərək, erməni lobbisinin manipulyasiyalarının qurbanıdırlar," – deyə X. Vəliyeva qeyd edib.

QHT sədri Qarabağın coğrafi ərazisi haqqında yanlış bilgilər verənlərin, bu çirkin oyunların iştirakçıları olduğunu bildirib. O, nə vaxtsa Azərbaycan dövlətinə qarşı ekstremist və irqçi baxışların sona yetəcəyini ümid etdiyini də sözlərinə əlavə etdi.

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı