Xəbərlər 08.10.2024 16:37 1629

"Azərbaycanlılar öz vətənlərində yaşamaq hüququndan məhrum ediliblər"- QHT sədri Varşavadan səsləndi /FOTOLAR

Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev, Varşavada keçirilən ATƏT-in “İnsan Ölçüsü” konfransında iştirak edib. Konfransın ikinci günündəki iclasda əsas müzakirə mövzusu rasizm, ksenofobiya və diskriminasiya olub.

QHT.az xəbər verir ki, QHT sədri çıxışında, sayı 2 milyona yaxınlaşan Qərbi Azərbaycanlıların Ermənistandan deportasiyasını və onların doğma yurdlarına qayıtmasının rəsmi İrəvan tərəfindən qarşısının alınması faktına xüsusi diqqət çəkib. O, vurğulayıb ki, doğma torpaqlarından zorla qovulan azərbaycanlılar, öz vətənlərində yaşamaq hüququndan məhrum edilmişdir. Beynəlxalq qanunvericiliyə əsasən, bu hal irqçiliyin açıq təzahürüdür. O, Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışının təmin olunmasının onların beynəlxalq hüquq çərçivəsində tanınan fundamental haqları olduğunu bildirib: 

"Onların tarixi torpaqlarımıza qayıdışının təmin edilməsi üçün bütün imkanlardan, o cümlədən beynəlxalq platformalardan istifadə olunmalıdır. Bu istiqamətdə beynəlxalq təşkilatlar Qərbi Azərbaycan İcması ilə də aktiv əməkdaşlıq qura bilərlər. Hər bir halda Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına, ədalət və barışığa nail olmaq üçün biz azərbaycanlılar hər bir beynəlxalq dialoqa hazırıq".

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı