Xəbərlər 10.10.2024 08:45 2250

Femida Könüllüləri Mediasiya Şurasında könüllü fəaliyyəti göstərəcək

Mediasiya Şurası və Femida Könüllüləri Təşkilatı arasında bağlanan memoranduma əsasən, Femida könüllüləri artıq mediasiya modulu üzrə də könüllü fəaliyyət göstərə biləcəklər.

QHT.az xəbər verir ki, könüllülər STEP I mərhələsi üzrə yerli mediasiya təşkilatlarında, STEP II mərhələsi üzrə isə Mediasiya Şurasının Aparatında fəaliyyət göstərmə şansı əldə edəcəklər.

Mediasiya modulu üzrə Femida Könüllüsü olmaq istəyən şəxslər www.fmd.az saytı vasitəsilə qeydiyyatdan keçərkən “Fəaliyyət sahəsi” qutusundan “Mediasiya” bəndini seçməlidirlər.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı