Xəbərlər 30.12.2024 13:03 409

Nazirliyin 2 rəqəmsal layihəsi ABŞ-də yerləşən beynəlxalq qurumun müsabiqəsinin qalibləri olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” internet portal və “Proaktiv xidmət mexanizmi” layihələri ABŞ-də yerləşən “International Data Corporation” (IDC) beynəlxalq qurumunun

müsabiqəsinin qalibləri siyahısında yer alıblar. https://www.idc.com/getdoc.jsp?containerId=prUS52692124 

 

Ən uğurlu rəqəmsal təcrübələri tanıtmaq və təbliğ etmək məqsədi daşıyan müsabiqəyə ABŞ, İspaniya, Türkiyə, Misir, Böyük Britaniya, Finlandiya, BƏƏ, Küveyt də daxil olmaqla bir çox ölkələrdən 900-dən çox layihə təqdim edilib. Onlardan 32-i qaliblər siyahısında yer alıb.

 

Nazirliyin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) isə ABŞ-də keçirilən “XII illik beynəlxalq 2024 Globee Liderlik Müsabiqəsi”ndə növbəti uğurunu qazanıb. DOST RİM müsabiqənin “İlin Rəqəmsal Transformasiya Liderliyi” kateqoriyası üzrə qızıl mükafatına layiq görülüb.

 

https://globeeawards.com/leadership/winners/ 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı