Xəbərlər 11.02.2025 10:44 108

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə fevral ayının pensiyaları yeni artımlarla birgə ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə fevral ayının pensiyaları ödənilib.

 

1 yanvar 2025-ci ilədək təyin edilmiş bütün növ pensiyalar ilin əvvəlindən 8,1 faiz indeksləşdirilərək artırılıb, habelə fevralın 1-dən minimum pensiya artırılaraq 280 manatdan 320 manata çatdırılıb. 

 

Fevral ayının pensiyaları da yeni artımlarla birgə ödənilib, həmçinin indeksləşdirmə üzrə yanvar ayının artımı fevral ayının pensiyasına əlavə olunub.

 

Respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da bu ay qrafik üzrə ödəniləcək. 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı