Xəbərlər 12.02.2025 17:26 451

Əliməmməd Nuriyev: "Əfv Komissiyasının ilk iclası keçirilib, 100-dən artıq müraciətə baxılıb"

"Konstitusiya" Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, Əfv Komissiyasının iclaslarında yalnız məhkumların və onların nümayəndələrinin müraciətləri araşdırılır.

O qeyd edib ki, 1995-ci ildən indiyə qədər 70 əfv sərəncamı imzalanıb, nəticədə 10 mindən çox məhkumun cəzası yüngülləşdirilib və ya tamamilə bağışlanıb. Ə.Nuriyevin sözlərinə görə, kimlərin əfv ediləcəyini əvvəlcədən demək mümkün deyil, çünki bu, Prezidentin müstəsna səlahiyyətidir. Əfv Komissiyası müraciətləri vahid yanaşma və xüsusi meyarlar əsasında dəyərləndirir. Əsas amil isə məhkumun islah olub-olmaması və cəmiyyət üçün təhlükə yaratmamasıdır.

"İmzalanan hər bir əfv sərəncamı cəmiyyətə müəyyən bir mesajdır", – deyə Əliməmməd Nuriyev vurğulayıb.

Qeyd edək ki, bu gün Əfv Komissiyasının ilk iclası keçirilib və iclasda 100-dən artıq müraciətə baxılıb.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı