14 Fevral – Azərbaycan Hərbi Hava Qüvvələri Günündə şəhid olan pilotlarımız
Bu gün, 14 fevralda, Azərbaycan Hərbi Hava Qüvvələrinin təsis edilməsinin ildönümünü qeyd edirik. Bu əlamətdar gün münasibətilə, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən qəhrəman pilotlarımızı dərin ehtiramla yad edirik.
QHT.az xəbər verir ki, Azərbaycanın Hərbi Hava Qüvvələrinin qəhrəman pilotları arasında:
- Polkovnik Zaur Nudirəliyev
- Polkovnik Fizuli Cavadov
- Polkovnik Emil Nəzirov
- Polkovnik Elçin Nəbiyev
- Polkovnik-leytenant Ramiz Qasımov
- Polkovnik-leytenant Fəxrəddin Əsgərov
- Polkovnik-leytenant Rəşad Atakişiyev
- Polkovnik-leytenant Famil Məmmədli
- Mayor Urfan Vəlizadə
- Mayor Təbriz Musazadə
- Mayor Abbas Qasımov
- Mayor Elmir Həsənov
- Mayor Elbrus Əhmədov
- Mayor Emil Mayılov
- Mayor Murad Məmmədov
- Mayor Emil Əliyev
- Kapitan Cavid Bayramlı
- Kapitan Xəyyam Əliyev
- Kapitan Teymur Qaraisayev
- Kapitan Əfqan Aslanov
- Kapitan Yaşar Əhmədov
- Baş leytenant Əbu Bəkir İsmayılov
- Baş leytenant Vaqif Qurbanov
- Baş leytenant Rüstəm Rüstəmov
- Baş leytenant Fərid Nağıyev
- Baş leytenant Xaliq Gözəlov
- Leytenant Abdulla Süleymanov
- Leytenant Bəhruz Zeynalov
Bu qəhrəmanlarımızın şücaəti və fədakarlığı, Azərbaycanın səmalarında daim ucalacaqdır. Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda göstərdikləri misilsiz cəsarət heç vaxt unudulmayacaq!
Allah bütün şəhidlərimizə rəhmət etsin!