Xəbərlər 18.02.2025 08:32 127

Mütəxəssislər niyə WhatsApp-ı müvəqqəti silməyi məsləhət görürlər?

WhatsApp messencerində təhlükəsizlik boşluğu aşkarlanıb.

QHT.az xəbər verir ki, kibertəhlükəsizlik eksperti Aleksey Raevski açıqlamasında bu problemin “sıfır günlük zəiflik” olduğunu və tərtibatçıların hələ düzəliş buraxmadığını bildirib.

Təhlükə nə dərəcədə ciddidir?
Belə boşluqlar əsasən məxfi və dəyərli məlumatları hədəf alan şəxslərə qarşı istifadə olunur və geniş yayılmış fırıldaqçılıq üçün nəzərdə tutulmur.

Necə qorunmaq olar?
Raevski təhlükəsizliklə bağlı narahat olanlara WhatsApp-ı müvəqqəti silməyi və yenilənməni gözləməyi tövsiyə edir. Həmçinin, bütün populyar tətbiqlərdə oxşar problemlərin ola biləcəyini vurğulayır.

WhatsApp tərtibatçıları hələlik rəsmi açıqlama verməsə də, istifadəçilərə yeniləmələri izləmək tövsiyə edilir.

 

R.İmanov


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı