Xəbərlər 19.05.2025 17:00 86

Əliməmməd Nuriyev: “Sülh hüquqa əsaslanmalıdır, əks halda sabitlik müvəqqəti olacaq”

“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev Avropa Şurasının Baş katibi Alen Bersenin son bəyanatını Cənubi Qafqazda sülh prosesinə beynəlxalq diqqətin artmasının göstəricisi kimi qiymətləndirib.

QHT.az-a açıqlamasında hüquqşünas bildirib ki, Baş katibin “biz birlikdə regionda sabitlik üçün mühüm olan ən yaxşı qərarlar qəbul etməliyik” ifadəsi sadəcə diplomatik ritorika deyil, həm də hüquqi məsuliyyət və siyasi iradə tələb edən çağırışdır:

"Bu yaxınlarda Avropa Şurasının Baş katibi cənab Alen Bersenin jurnalistlərə verdiyi bəyanat – yəni Ermənistan və Azərbaycan arasında müzakirələrin çox önəmli olduğu barədə açıqlaması – Cənubi Qafqazda sülh prosesinə beynəlxalq diqqətin bir daha artdığını göstərdi. O bildirdi ki, gələn ay bu məsələni hər iki ölkə ilə müzakirə edəcək və vurğuladı ki, “biz birlikdə regionda sabitlik üçün mühüm olan ən yaxşı qərarlar qəbul etməliyik”. Bu bəyanat həm humanitar ümid, həm də geosiyasi məsuliyyət daşıyan bir yanaşmanı əks etdirir. Azərbaycan 2020-ci ildə öz ərazi bütövlüyünü bərpa etmiş və beynəlxalq hüquqa uyğun şəkildə suverenliyini təmin etmişdir. Lakin uzunmüddətli sabitliyin və tam sülhün bərpası – qarşılıqlı tanınma və hüquqi öhdəliklərin icrası baxımından – hələ də ciddi çətinliklər mövcuddur. Azərbaycan ərazi bütövlüyünü təmin etməklə yeni reallıqlar yaratmışdır. Bu yeni reallıqlar fonunda sülh anlayışı daha da əhəmiyyətli olmuş, Baş katibin “ən yaxşı qərarlar” ifadəsi isə yalnız diplomatik ritorika deyil, eyni zamanda hüquqi məsuliyyət və siyasi iradə tələb edən qərarlara işarədir".

Əliməmməd Nuriyev qeyd edib ki, sülhün qarşısında duran əsas əngəllərdən biri Ermənistan Konstitusiyasında Azərbaycanın ərazisinin “Dağlıq Qarabağ Respublikası” kimi təqdim olunmasıdır. Bu, hüquqşünasın fikrincə, həm hüquqi ziddiyyət, həm də dəyişməyən siyasi niyyətin göstəricisidir:

"Çünki hüququn pozulduğu yerdə sülh sadəcə bir sənəd olaraq qalır. Bəs bu sülh müqaviləsinin qarşısında duran əsas əngəl nədir? Bu, Ermənistan Konstitusiyasıdır. Ermənistan Konstitusiyasında Azərbaycanın ərazisi “Dağlıq Qarabağ Respublikası” kimi təqdim olunur və bu müddəa həm hüquqi əngəl, həm də dəyişməyən niyyətin göstəricisidir. Ermənistanın İstiqlal Bəyannaməsində də Azərbaycanın ərazi bütövlüyünə qarşı təhdidlər mövcuddur. Orada Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağ ayrıca bir “respublika” kimi göstərilir. Bu, beynəlxalq hüququn norma və prinsiplərinə zidd olmaqla yanaşı, sülh müzakirələrinin legitimliyini də şübhə altına alır".

Ardı var...

 

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı