Xəbərlər 23.04.2025 07:49 237

İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının NTK-nın iclası keçirilib - FOTOLAR

İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının Nəzarət-Təftiş Komissiyasının iclası keçirilib.

QHT.az xəbər verir ki, aprelin 22-də İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının Nəzarət-Təftiş Komissiyasının (NTK) iclası keçirilib. Görüşdə NTK-nın sədri Fariz Əkbərov, üzvlər Zülfiyyə Nuriyeva və Ruxasrə Axundova iştirak edib.

Görüş zamanı Komissiyanın gündəliyində duran iki əsas məsələ müzakirə olunub:

1.    Koalisiya üzvlərinin aktivliyinin müəyyən edilməsi istiqamətində aparılacaq monitorinq;
2.    Koalisiyaya üzvlük qaydalarına dair yeni mexanizmlərin hazırlanması və tətbiqi.

Müzakirə olunan hər iki istiqamət üzrə fəaliyyətə artıq başlanılıb və əldə olunan nəticələr Koalisiyanın sədrinə təqdim ediləcəkdir. Bununla yanaşı, NTK tərəfindən Koalisiya üzvü olan, lakin kifayət qədər aktivlik göstərməyən təşkilatlarla ayrıca danışıqlar aparılması planlaşdırılır. Məqsəd Koalisiyada bərabər hüquqlu və effektiv fəaliyyətin təmin olunması, eləcə də iştirakçılığın gücləndirilməsidir.

Koalisiya üzvlərinin institusional inkişafı və fəaliyyətlərinin təkmilləşdirilməsi NTK-nın əsas prioritet istiqamətlərindən biri olaraq qalır.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı