Süni ət, yoxsa əsl ət? Alimlər müəyyən etdi
Bitki mənşəli ətlərin dadı real ətə yaxınlaşır.
QHT.az xəbər verir ki, NECTAR qeyri-kommersiya təşkilatının son tədqiqatı bitki mənşəli ətlərin dadı ilə bağlı fikir ayrılıqlarını gündəmə gətirib. 2700 nəfərin iştirak etdiyi kor dad testində 122 bitki əsaslı məhsul adi ətlə müqayisə olunub. Nəticələrə görə, 20 bitki mənşəli məhsul dad və keyfiyyət baxımından ən azı yarıdan çox iştirakçı tərəfindən heyvan mənşəli analoqlara bərabər və ya daha yaxşı qiymətləndirilib. Məsələn, Impossible Foods-un toyuq məhsulu iştirakçıların 32%-i tərəfindən orijinaldan üstün sayılıb.
Bununla belə, bitki əsaslı donuz əti məhsulları dad və toxuma baxımından zəif nəticə göstərib. Ümumilikdə, bitki mənşəli ətlərin 62% daha az şirəli olduğu müəyyən edilib. Tədqiqat bu sahədə inkişaf üçün potensialın hələ də geniş olduğunu göstərir.
R.İmanov