"Dövlət sektorunda maaş artımları təsdiqləndi" - Deputat
Nazirlər Kabineti bir sıra dövlət qurumlarında çalışan, maaşları dövlət büdcəsindən ödənilən əməkdaşların vəzifə maaşlarını yeni – artırılmış – redaksiyada təsdiqləyib.
QHT.az xəbər verir ki, bu barədə Deputat Vüqar Bayramov məlumat verib. Onun sözlərinə görə, bu qərar Azərbaycan Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Prezidentinin Sərəncamına əsasən verilib:
"Artım Daxili İşlər Nazirliyi Daxili Qoşunları, Dövlət Gömrük Komitəsi, Dövlət Vergi Xidməti kimi qurumların hərbi qulluqçuları və mülki işçilərini əhatə edir. Minimum əmək haqqının 16% artırılmasına uyğun olaraq, maaşlar da diferensial şəkildə artırılıb – aşağı maaşlı vəzifələrdə daha yüksək, yuxarı pillələrdə isə nisbətən az artım tətbiq olunub. Vahid tarif cədvəlinə uyğun olaraq bütün pillələr üzrə artım həyata keçirilib".
Pərvanə Fərhadqızı