Xəbərlər 24.04.2025 08:13 319

İctimai şuraların fəaliyyəti və ictimai nəzarətin gücləndirilməsi müzakirə olundu - VİDEO

DOST TV-də jurnalist Şahin Əliyevin təqdimatında yayımlanan “Ekspert rəyi” verilişində aktual mövzular ətrafında müzakirələr aparılıb.

QHT.az xəbər verir ki, verilişin qonaqları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Elşad Məmmədov "İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə olublar. Verilişdə ictimai şuraların fəaliyyəti, ictimai nəzarətin gücləndirilməsi və bu istiqamətdə görülən işlər geniş şəkildə müzakirə edilib.

İctimai Şura sədri Elşad Məmmədov qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın formalaşdırılması prosesi şəffaf şəkildə həyata keçirilib:

"QHT nümayəndələri, media və səsvermədə iştirak edənlər gördülər ki, proses şəffaf keçdi. Həm seçki dövründə, həm də ondan əvvəl Nazirliyin rəsmi platformalarında elanlar verildi, şərtlər açıqlandı. Nəticədə QHT-lərin nümayəndələri bu prosesdə iştirak hüququ qazandı və iştirakçı sayı ilə bağlı müsbət nəticələr əldə olundu. İctimai Şura institutu artıq cəmiyyətdə və dövlət qurumlarında mövqeləşib, maraq artıb."

Cəsarət Hüseynzadə isə çıxışında qeyd edib ki, ictimai şura seçkiləri qanunvericiliyin tələblərinə tam uyğun şəkildə təşkil olunub:

"Seçki komissiyası 9 nəfərdən ibarət olsa da, onların 5-i QHT nümayəndələrindən ibarət idi. Bu da göstərir ki, vətəndaş cəmiyyətinin səsi eşidilir və proseslərə nəzarət vacibdir. 2013-cü ildə qəbul olunan qanun 2014-cü ildə qüvvəyə minsə də, 2020-ci ilə qədər icrasında müəyyən ləngimələr olub. Lakin cənab Prezident İlham Əliyevin ictimai nəzarətin vacibliyi ilə bağlı çağırışları bu sahəyə diqqəti artırdı və vətəndaş cəmiyyəti də aktivləşdi."

Veriliş boyunca həmçinin vətəndaş iştirakçılığı, ictimai nəzarətin mexanizmləri və bu sahədə gələcək perspektivlər müzakirə olunub.

 

Pərvanə Fərhadqızı

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı