Xəbərlər 30.04.2025 23:02 348

“Bu platformanın yaradılması Azərbaycanın vətəndaş cəmiyyətinin həyatında yeni dövrün başlanğıcıdır” – MÜSAHİBƏ / FOTOLAR

Bakı bu günlərdə mühüm beynəlxalq təşəbbüsə ev sahibliyi etdi.

Asiya, Afrika, Latın Amerikası və Okeaniya regionlarını əhatə edən Qlobal Cənub QHT Platforması məhz Azərbaycanda təsis olundu və bu platformanın mərkəzi qərargahının Bakıda yerləşməsi ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyır. Yeni platforma qlobal çağırışlara qarşı birgə mübarizə, BMT səviyyəsində vahid mövqeyin formalaşdırılması və Cənub ölkələri arasında əməkdaşlığın dərinləşdirilməsini hədəfləyir. Bu təşəbbüsün Azərbaycan QHT-lərinə verə biləcəyi töhfələri “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyinin sədri Səbinə Kərimova QHT.az-a müsahibəsində dəyərləndirib.

 

QHT.az: Qlobal Cənub QHT Platformasının Bakıda təsis olunmasının Azərbaycan vətəndaş cəmiyyəti üçün əhəmiyyəti nədən ibarətdir?

Səbinə Kərimova: Bu günlərdə Bakıda Qlobal Cənub QHT Platforması təsis olundu. Platformanın məqsədi qlobal arenada səsimizi daha güclü şəkildə eşitdirmək və bizi narahat edən məqamları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq, o cümlədən BMT-də vahid mövqeni təşviq etmək, Qlobal Cənub ölkələrinin yoxsulluq, iqlim dəyişikliyinin təsirləri, rəqəmsal bərabərsizlik, ticarət ədalətsizliyi və digər çağırışlarla mübarizədə fəaliyyətlərini əlaqələndirmək və Cənub ölkələri arasında əməkdaşlığı dəstəkləməkdir. Təsis olunmuş Qlobal Cənub QHT Platforması Asiya, Afrika, Latın Amerikası və Okeaniya regionlarını əhatə edir. Bu  platformaya rəhbərliyin Azərbaycana verilməsi çox əhəmiyyətli bir hadisədir. Ən əhəmiyyətlisidə odur ki, platformanın mərkəzi qərargahı Bakıda yerləşəcək.

 

QHT.az: Bu platforma Azərbaycan QHT-lərinə hansı yeni imkanlar və əməkdaşlıqlar təqdim edə bilər?

Səbinə Kərimova: 116-dan artıq ölkəsindən aparıcı QHT rəhbərlərinin Azərbaycana gəlməsi Qlobal Cənuba olduğu kimi  Azərbaycan üçün də önəmlidir. Bu QHT-lərin inkişaf etməsi və birgə əməkdaşlığı üçün önəm daşıyır.Demək olar ki, bu platformanın yaradılması Azərbaycanın vətəndaş cəmiyyətinin həyatında yeni dövrün başlanğıcı kimi xarakterizə edə bilərik.Çünki  Azərbaycan QHT-ləri Qlobal Cənub regionu ölkələri ilə,orda fəaliyyət göstərən  QHT-ləri ilə yeni əlaqələr quracaq, əməkdaşlığı daha da dərinləşdirəcək. Azərbaycanın səsinin güclü şəkildə eşidilməsinə və dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında mühüm rol oynayacaq.Çünki Vətəndaş Cəmiyyəti İnstitutu Azərbaycan dövlətinin inkişafı üçün çox önəmli platformadır.Güclü Vətəndaş Cəmiyyəti güclü əlaqələr,yeni imkanlar və  sağlam gələcəkdir.

 

QHT.az: Səbinə xanım, ətraflı və dəyərli fikirləriniz üçün təşəkkür edirik. Sizə gələcək fəaliyyətlərinizdə uğurlar arzulayırıq.

Səbinə Kərimova: Mən təşəkkür edirəm. Belə vacib mövzularda fikir mübadiləsi aparmaq və cəmiyyətə faydalı informasiya çatdırmaq imkanını yaratdığınız üçün minnətdaram. Uğurlar arzulayıram!

 

Pərvanə Fərhadqızı

QHT.az

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı