Xəbərlər 16.06.2025 11:48 65

“Prospekt Ticarət Mərkəzi”nin yeni filialının açılışı olacaq - MASALLIDA 

“Prospekt Ticarət Mərkəzi”nin yeni filialının açılışı olacaq - MASALLIDA 

 

“Prospekt Moll” Ticarət Mərkəzi – cənub bölgəsinin müasir, böyük ticarət mərkəzinin yeni ünvanı Masallıda

 

Masallı şəhərinin mərkəzində, Heydər Əliyev prospekti 117 ünvanında, “Respublika Bank”ın Masallı filialının yanında yerləşən iki mərtəbəli, 200-ə yaxın ticarət köşkündən ibarət, alış-veriş və ailəvi istirahət üçün ideal məkan – “Prospekt Ticarət Mərkəzi”nin yeni filialı sizin xidmətinizdədir.
18 iyun saat 12.00-da, Ticarət Mərkəzinin yeni filialının açılış mərasimində müştəriləri qiymətlərdə endirimlər, eləcə də populyar müğənnilərin iştirakı ilə musiqi proqramı, uşaqlar üçün əyləncəli və hədiyyəli şoular gözləyir.
Qeyd edək ki, səhər saat 8-dən axşam saat 10-a kimi fəaliyyət göstərəcək Ticarət Mərkəzində ərzaq və qeyri-ərzaq malları, o cümlədən müxtəlif çeşiddə və ölçüdə qadın, kişi, uşaq geyimləri, məişət, kənd təsərrüfatı avadanlıqları, zinət əşyaları almaq, eləcə də burada yerləşən uşaq əyləncə mərkəzindən, fasfood kafe, gözəllik salonu və digər xidmətlərdən istifadə etmək mümkündür.
İş və biznesinizi, alış-verişinizi rahat şəkildə qurmaq istəyirsinizsə, “Prospekt Moll Ticarət Mərkəzinə” müraciət edin.
 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı