Xəbərlər 01.05.2025 11:10 169

Azərbaycanda məcburi köçkünlər üçün vərəm xidmətləri sorğusuna start verildi - FOTOLAR

Azərbaycanda məcburi köçkün və qaçqın əhali üçün vərəm xidmətlərinə əlçatanlığın qiymətləndirilməsi sorğusuna start verildi.

QHT.az xəbər verir ki, Azərbaycan Respublikasında vərəm və insan immunçatışmazlığı virusu (İİV) xidmətlərinə çıxışın gücləndirilməsi məqsədilə yeni bir təşəbbüsə start verilib. Qlobal Fondun maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində məcburi köçkünlər və qaçqınlar arasında vərəm xidmətlərinə əlçatanlığın səviyyəsinin qiymətləndirilməsi məqsədilə genişmiqyaslı sorğu keçirilir.

Sorğu "Sağlamlığa Xidmət" İctimai Birliyi və Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu tərəfindən birgə təşkil olunur və Bakı, Gəncə, Göygöl, Bərdə, Mingəçevir şəhərlərində 300 nəfəri əhatə etməsi planlaşdırılır.

Sorğunun əsas məqsədlər məcburi köçkünlər, mobil və miqrant əhali daxil olmaqla həssas qrupların vərəm xidmətlərinə çıxış imkanlarını və mövcud problemləri müəyyənləşdirmək, əldə edilən nəticələr əsasında vətəndaş cəmiyyəti təşkilatları üçün "Vərəmin Müalicəsinə Dəstək Fəaliyyət Planı"nı hazırlamaq, sosial-siyasi, iqtisadi və mədəni maneələri araşdıraraq icma əsaslı həll yolları təklif etməkdir.

 “Sağlamlığa Xidmət” İB-nin sədr müavini, layihənin sorğu üzrə tədqiqat mütəxəssisi Samirə Muxtarova tərəfindən Bərdə Mənzil Kommunal İstismar Sahəsində (MKİS) 50 nəfər respondentlə sorğu keçirilib. Respondentlərin cavabları vərəm xidmətlərinə çıxışda mövcud ehtiyac və çətinliklərin dərin təhlilinə imkan yaradıb.
Tədbirin yüksək səviyyədə təşkil olunmasına görə Bərdə şəhər Mənzil Kominal İstismar Sahəsinin rəhbərliyinə təşkilat adından dərin təşəkkürümüzü bildiririk.

Sorğunun yekun nəticələri səhiyyə siyasətinin formalaşmasında, xidmətlərin keyfiyyət və çeşidinin artırılmasında əhəmiyyətli rol oynayacaq və həssas qrupların sağlamlıq hüquqlarının daha effektiv təmin olunmasına töhfə verəcəkdir.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı