Xəbərlər 14.05.2025 13:40 47

Əkrəm Bəydəmirli: “Ermənistanın keçmiş prezidentlərinin fəallaşması təsadüfi deyil”

Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sərkisyanın son dövrlərdəki fəallığının narahatlıq doğurduğunu bildirib.

QHT.az xəbər verir ki, onun sözlərinə görə, bu şəxslərin yenidən siyasi səhnəyə qayıtmaq cəhdləri arxasında müəyyən xarici dairələrin, xüsusilə də Rusiyanın maraqları dayanır. Əkrəm Bəydəmirli qeyd edib ki, son çıxışlarında Serj Sərkisyan hakimiyyət üçün deyil, hakimiyyət dəyişikliyi uğrunda mübarizə apardığını bildirsə də, bu bəyanatların arxasında daha dərin məqsədlər dayanır:

"Müşahidələr göstərir ki, bu vələdüznaların məqsədi iqtidarı ələ keçirmək, öz ağalarının diktə siyasətini davam etdirməkdir. Universitet tələbələrilə görüşündə Sarkisyan qeyd edib: “Mənim mübarizəm Ermənistanda hakimiyyət üçün deyil, hakimiyyət dəyişikliyi uğrundadır”.

QHT sədri həmçinin, hər iki keçmiş prezidentin mediaya verdiyi açıqlamalarda Qarabağ məsələsinə dair əsassız və təxribat xarakterli fikirlər səsləndirdiklərini vurğulayıb:

"Mediaya açıqlamarında mütəmadi olaraq bunların hər ikisi ötən dövrlərə köks ötürərək, Qarabağa yenidən dönəcəkləri ilə bağlı sərsəm fikirlər bildiriblər. Rusiyanın dəstəklədiyi bu şəxslərin məlum keçmişi, müharibə cinayətlərində iştirakını təsdiqləyən yetərincə təkzibolunmaz faktlar ortadadır. Yüzlərlə dinc azərbaycanlılarının qətlinə fərman verən bu zatıqırıqların bu gün Bakı Hərbi Məhkəməsində öz silahdaşları ilə birlikdə cavab verməməsi təəssüf doğurur. Şübhəsiz ki, bir gün bunlarda məhkəmə qarşısına çıxarılacaq. Bu prosesə təkan vermək üçün Robert Köçəryan, Serj Sərkisyan və digərlərinin istintaqa cəlb olunması ilə bağlı ciddi addımlar atılmalıdır".

Əkrəm Bəydəmirli həmçinin qeyd edib ki, II Qarabağ müharibəsi Ermənistan cəmiyyətinə ciddi dərs olsa da, bu vəziyyət Azərbaycan üçün tam arxayınlıq yaratmamalıdır:

"Onu da unutmaq olmaz ki, son dönəmlər bunların fəallığı səbəbsiz deyil. Nüfuzdan düşmüş, korrupsiya hallarında adı hallanan, regiona fəlakət gətirən bu şəxslərdən Rusiyanın yenidən istifadə edəcəyi mümkün variantdır. Ehtimal etmək olar ki, Rusiya öz əlaltılarını hakimiyyətə gətirmək üçün şəraitin yetişməsini gözləyir. Bir məqam aydındır ki, hay məmləkətinin başında istər Paşinyan dursun, istərsə də, digər bir yan olsun, bu fərq etməz. II Qarabağ müharibəsi Ermənistan ictimaiyyətinə yaxşı dərs olub. Amma, lakin bütün bunlar bizi heç vəclə arxayın etməməlidir. Azərbaycan dünyanın çox zəruri çağrışlarını və regionda gedən prosesləri hər zaman diqqətdə saxlamalıdır". 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı