Oturaq həyat tərzi Alzheimer xəstəliyinə tutulma riskini artırır - Alimlər
Uzun müddət oturmaq Alzheimer riskini artırır.
QHT.az xəbər verir ki, ABŞ alimləri müəyyən ediblər ki, yaşlılarda uzun müddət oturaq həyat tərzi Alzheimer xəstəliyi ilə əlaqəli beyin bölgələrinin kiçilməsi və zəif idrak qabiliyyəti ilə əlaqəlidir. Araşdırma çərçivəsində 50 yaşdan yuxarı 404 nəfərin fəaliyyəti izlənilib və 7 illik müşahidə nəticəsində məlum olub ki, hərəkətsizlik, idmanla məşğul olub-olmamasından asılı olmayaraq, zehni zəiflətməyə səbəb ola bilər.
Xüsusilə genetik risk faktoru olan APOE-e4 genini daşıyan şəxslərdə bu təsir daha güclü müşahidə olunub. Alimlər beyin sağlamlığını qorumaq üçün gündəlik oturma müddətini azaltmağı tövsiyə edirlər.
R.İmanov