Xəbərlər 14.05.2025 21:01 51

Zülfiyyə Nuriyeva: “Yeni tərkib İctimai Şuranın uğurlu ənənələrini davam etdirəcək”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü Zülfiyyə Nuriyeva QHT.az-a açıqlamasında bildirib ki, bu gün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-Hökumət Təşkilatları ilə İş və Kommunikasiya Şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyevlə İctimai Şuranın görüşü keçirilib:

"Tural Əliyev çıxışında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın ötənilki fəaliyyətini yüksək qiymətləndirdiyini və uğurla seçildiyini bildirib. O, bu gün seçilən yeni tərkibin də həmin ənənəni davam etdirəcəyinə ümid etdiyini qeyd edib. Tədbirdə Nazirliyin Aparat rəhbəri Fuad Musayev də iştirak edib. O da İctimai Şuranın fəaliyyətinə uğurlar arzulayaraq vurğulayıb ki, gələcəkdə Şura üzvləri həyata keçirilən sosial paketlərin əhali arasında maarifləndirilməsini yüksək səviyyədə təmin etməlidirlər. Tural müəllim qeyd edib ki, İctimai Şura üzvləri sosial xidmətlərə və ümumilikdə sosial tələblərə əlçatanlığın təmin olunmasında dəstək göstərməlidirlər. Hər hansı problemin ictimailəşdirilməsindən öncə vətəndaşların birbaşa İctimai Şuraya müraciət edə bilmələri üçün imkanlar yaradılmalıdır. Eyni zamanda o, ictimai iştirakçılıqla bağlı qanunvericilikdə dəyişikliklərin edildiyini və bu sahənin daha da təkmilləşdiriləcəyini bildirib. Qeyd olunub ki, İctimai Şura üzvləri əhali ilə daha sıx işləməli, ictimai dinləmələrdə aktiv iştirak etməli və bu dinləmələrin nəticələrinə əsasən nazirliyə aidiyyəti üzrə müraciətlər ünvanlanmalıdır".

Zülfiyyə Nuriyevanın sözlərinə görə, Tural Əliyev əlavə edib ki, gələcəkdə də vətəndaşla nazirlik arasında körpü rolunu uğurla davam etdirmək yeni komandanın əsas vəzifələrindən biri olacaq:

"Biz də İctimai Şura olaraq bu tövsiyələri rəhbər tutaraq fəaliyyətimizi daha da uğurla davam etdirməyə çalışacağıq. Tural Əliyev həmçinin qeyd edib ki, bu gün qeyri-hökumət təşkilatları beynəlxalq səviyyədə aktiv fəaliyyət göstərirlər və gələcəkdə onlar beynəlxalq tribunalarda ölkəmizi müdafiə etməklə yanaşı, artıq tələblər irəli sürərək çıxış etməlidirlər. Bu baxımdan QHT-lərə öz fəaliyyətlərini təkmilləşdirmək və inkişaf etdirmək tövsiyə olunub. Ümumilikdə, Aparat rəhbəri də ötən dövrdə İctimai Şuranın fəaliyyətini yüksək qiymətləndirib. Qeyd olunub ki, ictimaishura.az saytının keçirdiyi onlayn səsvermədə ardıcıl olaraq hər il birinci yerə layiq görülməsi bu fəaliyyətin bariz nümunəsidir".

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı