Xəbərlər 19.05.2025 16:42 39

Vətən müharibəsi iştirakçıları ilə məktəblilərin görüşü təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə məktəblilər üçün “Səngərdən məktəbə qəhrəmanlıq körpüsü” adlı tədbir təşkil olunub. 

 

Rəfael Hüseynov adına 49 nömrəli intellekt məktəb-liseydə təşkil edilən görüş Dövlət Himninin səsləndirilməsi və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 

“Konstitusiya və Suverenlik İli”nə həsr olunan tədbirdə Agentliyin əməkdaşları, Vətən müharibəsi iştirakçıları - Salman Xudaverdiyev, Tehran Mahmudov, Şəmsi Məmmədov və Ramin Şirinov, həmçinin müəllim-şagird kollektivi iştirak edib. 

 

Görüşün məqsədi Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin və qəhrəman müharibə iştirakçılarının həyat yolunu gənc nəslə tanıtmaq, vətənə bağlılıq hissini aşılamaqdır. 

Vətən müharibəsi iştirakçıları Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsi və keçdikləri döyüş yolu ilə bağlı xatirələrini bölüşüblər. 

 

Çıxışlarda iştirakçılara Agentliyin fəaliyyət istiqamətləri barədə məlumat verilib, qəhrəman Vətən övladlarının igidliklərindən danışılıb. 

Məktəblilər onları maraqlandıran sualları qonaqlara ünvanlayıb, vətənpərvərlik mövzusunda hazırladıqları ədəbi-bədii kompozisiyaları təqdim ediblər.

 

 

 

 

 

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı