“Səsimiz gücdür! Zorakılığa son” adlı tədbir keçirilib - FOTOLAR
Uşaq Səfirlər Məclisinin Qusar rayonu üzrə nümayəndələri Rasim Dəmirov və Şənay Rüstəmin təşəbbüsü, Qusar Rayon İcra Hakimiyyətinin və Təhsil sektorunun dəstəyi ilə “Səsimiz gücdür! Zorakılığa son” adlı tədbir keçirilib.
QHT.az xəbər verir ki, zorakılıq növləri və onların qarşısının alınması yolları haqqında ətraflı məlumat verilib. Uşaqların psixoloji sağlamlığı və təhlükəsiz mühitdə böyüməsinin əhəmiyyətindən bəhs olunub.