Xəbərlər 19.05.2025 16:11 32

Kazanda keçirilən beynəlxalq forumda Azərbaycanın pensiya islahatları təcrübəsindən bəhs olunub

Rusiyanın Kazan şəhərində XVI Beynəlxalq İqtisadi Forum – “Rusiya–İslam Dünyası: KazanForum”  çərçivəsində müxtəlif sahələrdə tərəfdaşlığın genişləndirilməsi, habelə sosial-iqtisadi inkişaf üçün yeni imkanların müzakirəsi üçün beynəlxalq ekspertlər və rəsmi nümayəndələr bir araya gəliblər.

 

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Forum çərçivəsində keçirilən “Pensiya və sosial sığorta: qanunvericiliyin təkmilləşdirilməsi” mövzusuna həsr olunmuş ekspert sessiyasında iştirak edib. O, Azərbaycanda son illər sosial sahədə, o cümlədən pensiya və sosial sığorta sistemində aparılan islahatların nailiyyətlərini diqqətə çatdırıb.

Ədalətli və müasir sığorta-pensiya sisteminin qurulması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, habelə innovativ həllərin geniş tətbiqi işlərini qeyd edən Rəşad Mustafayev pensiya və digər sosial ödənişlərin təyinatı üzrə tətbiq olunan və beynəlxalq səviyyədə də yüksək qiymətləndirilən proaktiv xidmətlər barədə də məlumat verib. 

 

Azərbaycanın qeyd edilən sahələrdə islahatlar təcrübəsi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb, digər ölkələr üçün gələcək islahatlar prosesində nümunə ola biləcək uğurlu model kimi dəyərləndirilib.

Ekspertlər pensiya və sosial sığorta sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi məsələlərini, vətəndaşların pensiya hüquqlarının formalaşdırılması və reallaşdırılmasına dair müasir mexanizmləri müzakirə ediblər.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı