Xəbərlər 20.05.2025 09:57 82

Pan-Afrika nümayəndəsi Çarlz Nyambura Azərbaycanla əməkdaşlıqdan danışdı - VİDEO

Aprelin 28-29-da Bakıda dünya əhalisinin təxminən 80%-ə yaxın hissəsini özündə birləşdirən 116 ölkədən nüfuzlu QHT rəhbərlərinin, vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə keçirilən Qlobal Cənub QHT Platformasının təsis konfransı ilə bağlı platformanın üzvü - Pan-Afrika İqlim Ədaləti Alyansının Proqramlar üzrə Departament Rəhbəri Çarlz Piter Mvanqi Nyambura təəsüratını bölüşüb:

QHT.az xəbər verir ki, onun sözlərinə görə, bu Alyans Afrikada cinayət və ədalət mövzularına yönəlmiş ən böyük vətəndaş cəmiyyəti koalisiyasıdır və qitənin 54 ölkəsini əhatə edir:

"Bu dəfə Azərbaycana, Bakıya Qlobal Cənub QHT Forumunda iştirak etmək üçün gəlmişəm. Bu forum Azərbaycandan olan yaxşı dostlarımız və tərəfdaşlarımız tərəfindən təşkil olunub. Artıq bir neçə aydır ki, biz onlarla birlikdə əməkdaşlıq edirik. Xatırlayıram ki, COP29 zamanı birgə "Pre-COP" tədbiri keçirdik və çox uğurlu bir görüş təşkil etdik".

Ətraflı videoda:

 

 

Qeyd edək ki, bu konfrans Asiya, Afrika, Latın Amerikası, Okeaniya bölgələrini - dünya ölkələrinin üçdə iki hissəsini əhatə edən Qlobal Cənubun vətəndaş cəmiyyətinin həyatında əlamətdar hadisə hesab olunur.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı