Qax rayon İcra Hakimiyyəti yanında İctimai şuranın ilk iclası keçirilib - FOTOLAR
Qax rayon İcra Hakimiyyəti yanında İctimai şuranın yeni tərkibdə ilk iclası keçirilib.
QHT.az xəbər verir ki, görüşdə rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, İctimai şuraya şeçkilər üzrə Komissiyanın sədri Vəfa Heydərovanın seçkinin yekunlarına dair məlumatı dinlənilib. V. Heydərova şuraya üzv seçilən vətəndaş cəmiyyəti inistitutlarının nümayəndələrini təbrik edərək, dövlət siyasətinin həyata keçirilməsində ictimai iştirakçılığın mühüm əhəmiyyətini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsinin vacibliyini vurğulamasını, müxtəlif sahələrdə mövcud olan problemlərin araşdırılmasına və onların həlli yollarına dair təkliflər hazırlanmasında vətəndaş cəmiyyəti təsisatlarının fəal iştirakı ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verməsini vurğulayıb. Həmçinin rayon İcra Hakimiyyəti ilə sıx əlaqədə, səmərəli fəaliyyət göstərdiklərinə görə İctimai şura üzvlərinə təşəkkür bildirərək şuranın yeni tərkibdə fəaliyyətinin də səmərəli və məqsədyönlü olacağına inamını ifadə edib.
Sonra iki il müddətinə fəaliyyət göstərəcək İctimai şuraya üzvlər arasından “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq şuranın sədri, sədr müavini və katibi vəzifələrinə seçilmək üçün səsvermə keçirilib. Səs çoxluğu ilə “Rayon Ağsaqqallar Şurasının” nümayəndəsi Nizami Abdullayev şuranın sədri, “Təhsil İşçiləri Həmkarlar İttifaqı rayon Komitəsi”nin sədri Təranə Həşimova şuranın sədr müavini, “Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı rayon komitəsinin” nümayəndəsi Fərid kərimov şuranın katibi seçilib.
Görüş müzakirələrlə davam edib və şura üzvləri ictimai iştirakçılığın daha effektiv şəkildə həyata keçirilməsi məqsədilə bir sıra təkliflərlə çıxış ediblər.