Xəbərlər 22.05.2025 00:25 61

"Azad Vətən - Azad Söz” adlı insan hüquq və azadlığı mövzusunda tədbir keçirilib - FOTOLAR

21 may 2025-ci il tarixində Lənkəran şəhər Mədəniyyət Mərkəzində "Azad Vətən - Azad Söz” adlı insan hüquq və azadlığı mövzusunda tədbir keçirilib.

QHT.az xəbər verir ki, tədbir Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzi və Ş. Qurbanov adına şəhər klubunun birgə təşkilatçılığı ilə baş tutan görüşdə idarə, müəssisə və təşkilat rəhbərləri, hüquq-mühafizə orqanları əməkdaşları iştirak edib. Tədbirin əsas məqsədi insan hüquq və azadlıqları sahəsində görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsi olub.

Tədbirdə Lənkəran 1 saylı Mediasiya Təşkilatının rəhbəri Ramin Şükürov da çıxış edib. O, çıxışı zamanı Mediasiya sahəsində görülən işlər, ailə və mülki mübahisələrin qarşılıqlı razılaşma əsasında həll olunması imkanları barədə məlumat verib, alternativ mübahisələrin həlli mexanizmlərinin hüquqi münasibətlərin sağlam təməl üzərində qurulmasına xidmət etdiyini bildirib.

Sonda xatirə şəkilləri çəkdirilib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı