Xəbərlər 22.05.2025 12:25 51

Erkən nikah hallarının qarşısının alınması mövzusunda İsmayıllıda maarifləndirmə tədbiri keçirilib - FOTOLAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi bu cür tədbirlərin davamlı olaraq keçirilməsini və müxtəlif regionlarda ictimaiyyətin maarifləndirilməsini davam etdirir. 

QHT.az xəbər verir ki, bu məqsədlə Agentliyin Dağlıq Şirvan regional filialı tərəfindən “Erkən nikah hallarının qarşısının alınması sahəsində tədbirlərin gücləndirilməsi və maarifləndirmə işinin təşkili” mövzusunda tədbir təşkil edilib. 

İsmayıllı rayonunda keçirilən görüşdə İsmayıllı Rayon İcra Hakimiyyətinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yerli mərkəzinin, Daxili İşlər Nazirliyinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri, təhsil işçiləri və 6 saylı orta məktəbin şagirdləri də daxil olmaqla ümumilikdə 150 nəfər iştirak edib.

Tədbirin məqsədi erkən nikah hallarının yaratdığı fəsadlara diqqət çəkərək cəmiyyətin bütün təbəqələrində bu mövzuya dair məlumatlılığı artırmaq, valideynlər, yeniyetmələr və aidiyyəti qurumlar arasında mövzu üzrə düzgün yanaşma formalaşdırmaq, erkən nikahların qarşısının alınmasında maarifləndirmə tədbirlərinin rolunu vurğulamaqdır.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı