Xəbərlər 24.06.2025 13:56 48

“Yeniyetmələrə yol hərəkətinin  təhlükəsizliyi, piyada mədəniyyətinin aşılanması” layihəsinin yekun tədbirini keçirilib - FOTOLAR

“Oriqami” uşaq  və yeniyetmələr  ictimai birliyi 12 iyun 2025-ci il tarixində Maştağa qəsəbəsi  C. Nurməmmədov adına 108 № li tam orta məktəbin pedaqoji kollektivinin  üzvləri və 30 nəfər şagird kontingentinin iştirakı ilə “Yeniyetmələrə yol hərəkətinin  təhlükəsizliyi, piyada mədəniyyətinin aşılanması” layihəsinin  yekun  tədbirini keçirmişdir.

QHT.az xəbər verir ki, tədbirin təşkili üçün məktəbin İdman zalında hazırlıq  işləri  görülmüşdü. Layihənin rolapı qurulmuş, masaların üstünə  yol hərəkətinin təhlükəsizliyinə dair yol nişanları düzülmüş, xüsusi turacaqlarda məlumat daşıyıcıları və  layihənin  loqolu, təsvirli  atributları qoyulmuşdu.

“Oriqami” təşkilatı layihəyə qoşulmuş 15 qız və15 nəfər oğlan ,cəmi 30 nəfər şagirdin rəğbətləndirilməsi məqsədi ilə 30 dəst  loqolu, təsvirli  xüsusi dəst, tərkibində - loqolu papaq  və loqolu, təsvirli qısaqol köynək, loqolu təsvirli iştirakçı Sertifikatlı, loqolu, təsvirli Poster, vımpel, loqolu , təsvirli 30 ədəd hədiyyə çantaları  sifariş etmişdi. Hədiyyələrin say tərkibini göstərmək üçün onlar masaların üstünə düzülmüşdü.

“Yeniyetmələrə yol hərəkətinin təhlükəsizliyi, piyada mədəniyyətinin aşılanması” layihəsinin yekun tədbirində, prkftik olaraq piyada mədəniyyətinin aşılanması prosesində şagirdlərin aldıqları yeni məlumatlar, yol hərəkətinin təhlükəsizlik qaydalarına dair nəzəri biliklər, yolda, piyada zolaqlarından  düzgün istifadə davranışı, yolu keçərkən  təhlükəsiz davranış qaydalarının  nümayişi  məqsədi  ilə “ Oriqami” uşaq birliyi  İdman zalının mərkəzində  “4 yol ayrıcı“ dekorasiyasını qurmuş, burada 4” işıqfor” yerləşdirilmiş, piyadalar üçün  4 “keçid zolağı” salınmışdı. 4 tərəfdən yol ayrıcını “səkilər” əhatə edir və yolun hüdudlarını göstərirdilər.

"4 yol ayrıcı“- na xüsusi aşırma geyimlərdən istifadə edən uşaqların cəlb olunması  prosesi canlandırır və  maraqlı oyun əsnasında iştirakçılara yol hərəkətinin təhlükəsizlik qaydalarını nümayiş etdirməyə imkan yaradırdı. 30 nəfər məktəblinin hər biri,  prosesə cəlb olunmuşdular. Onlar , həm piyada rolunda ,həm də  xüsusi  geyimləri  ilə - üzərində çəkilmiş  gösrtəricilərlə - ”yol patrul xidmətinin əməkdaşı”, ”tramvay”, “tpoleybüs”, “avtobus” ,”minik maşını”, ”yanğından mühafizə avtomobilı”, ”taksi”, “yük maşını”, ”təcili yardım” biri birindən fərqlənsələr də, ümumi yol hərəkəti prosesinin, piyada mədəniyyətinin formalaşmasında fəal iştirakçılara çevrilmişdilər.  “Yeniyetmələrə yol hərəkətinin  təhlükəsizliyi, piyada mədəniyyətinin aşılanması” yekun tədbiri saat 12-30 da başladı. Layihənin rəhbəri N.Nəcəfov tədbirə toplaşanları salamladı, “Yeniyetmələrə yol hərəkətinin təhlükəsizliyi, piyada mədəniyyətinin aşılanması” layihəsinin məktəblilər üçün fərdi təhlükəsizlik baxımından  böyük əhəmiyyətini  qeyd etdi. Sonra  “4 yol ayrıcı“ dekorasiyası üzərində şagirdlərin iştirakı ilə rollu, situativ oyun keçirildi.30 şagird layihə nətiçəsində əldə etdikləri bilikləri, qazandıqları düzgün, təhlükəsiz davranış qaydalarını əyani olaraq,  nümayiş etdirdilər.

Layihənin yekun tədbirində iştirak edən C, Nurməmmədov adına 108  № li tam orta məktəbin TTDM  Z.Əkbərova, Təşkilatçı İ.Quliyeva, UBR A.Pənahova, psixoloq T.Bayramova,sinif rəhbəri A.Nağızadə  şagirdlərin piyada mədəniyyətinə yiyələnmələri  istiqamətində nümayiş etdirdikləri təhlükəsiz davranış qaydalarını, onların uğuru kimi qeyd etdləri və məktəblilərə həmişə yol hərəkəti təhlükəsizliyi qaydalarına riayət etməyi tövsiyyə etdilər.

Yekun tədbirdəiştirak edən hər bir şagirdin valideyni önündə məktəbin pedaqoji kollektivinin üzvləri tərəfindən  şagirdlərə loqolu Sertifikat, loqolu Hədiyyə çantası, loqolu xüsusi geyim dəsti təqdim edildi. 108 № li tam orta məktəbə layihənin Posteri və Vımpel təqdim olundu. Şagirdlər və onların valideynləri tədbirdən razı  qaldılar. QHT-lərə Dövlət Dəstəyi  Agentliyinin maliyyə yardımı ilə Sabunçu rayonu, Maştağa qəsəbəsində  icra olunan “Yeniyetmələrə yol hərəkətinin təhlükəsizliyi, piyada mədəniyyətinin aşılanması” layihəsi məktəblilərdə məmnunluq doğurdu. Oğlan və qızlar yeni-eni layihələrdə iştirak etmək arzularını bildirdilər.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı