Xəbərlər 24.06.2025 15:07 83

“Xarici müdaxilələr və hibrid təhdidlər” mövzusunda “Dəyirmi masa” keçirildi - FOTOLAR

İştirakçılar maarifləndirici tədbirdən razı qaldıqlarını bildirdilər.

QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yeni Fikir” JHİB tərəfindən həyata keçirilən “Hibrid təhdidlərə qarşı yerli mediada iş”  layihəsi çərçivəsində Balakən rayonu, Qullar kəndində “Xarici müdaxilələr və hibrid təhdidlər” mövzusunda “Dəyirmi masa” keçirildi.

Tədbiri giriş sözü ilə layihənin koordinatoru və eyni zamanda təşkilatın rəhbəri olan Elmira Mehdiyeva açaraq iştirakçıları layihənin məqsəd və məramı  ilə tanış etmişdir. Qeyd etmişdir ki, Azərbaycan Respublikası davamlı inkişaf yolunda tarixi nailiyyətlər əldə edərək dünya birliyində böyük nüfuz qazanıb. Layihənin məqsədi Azərbaycanın əldə etdiyi uğurlara kölgə salmaq üçün mediada və sosial şəbəkələrdə böhtan kompaniyası aparanların iç üzünü və çirkin məqsədlərini böyüyən nəslə və gənclərə tanıtmaqdır. Çünki, “vətən və onun tarixi, dili, adət-ənənələri olmadan mən bir heç  olardım”  fikrini dərk edən  fərd vətəndaşa çevrilir,  başa düşür ki, vətənə olan təhlükə şəxsən mənə də, yəni mənim firavanlığıma və hətta həyatıma olan təhlükədir.

Təlimçi İbrahim İbrahimov  çıxış edərək bildirmişdi ki, Hazırda  qarşılaşdığımız təhlükəli çağırışlar sırasında suveren dövlətlərin daxili işlərinə  xarici müdaxilələr və hibrid təhdidlər xüsusi yer tutur. Hibrid müharibəsi zamanı münaqişədə qalib gəlmək üçün hərbi xarakter daşımayan üsullardan  istifadə olunur.  Məsələn, düşmənçilik xarakteri daşıyan məlumatların toplanması və informasiya fəzasında istifadə edilməsi, kiber hücumlar, sosial şəbəkələrdə qarayaxma kampaniyası, feyk yeniliklərin dövriyyəyə daxil edilməsi və sair.  30 ilə yaxın bir müddətdən sonra erməni işğalına son qoyulması, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunması bəzi dövlətlər, onların birlikləri və beynəlxalq təşkilatlar tərəfindən birmənalı qarşılanmayıb. Ona görə də, Azərbaycan hibrid təhdidlərə ən çox məruz qalan ölkələrdəndir.  Düşmənin dəyirmanında “üyüdülmüş saxta və qərəzli informasiyaları” Azərbaycan cəmiyyətinin bir sıra  həssas təbəqələrinin “şüuruna” yerləşdirməyə çalışırlar. 

“Dəyirmi masa” iştirakçılarından Sahibət Omarova, Aişə Musayeva, Gülhanə Baydarova, Ləman Həmzəyeva, Samıq Yetimova, Azər Məmmədli və başqaları çıxış edərək öz fikirlərini bildirmiş və qeyd etmişlər ki, Azərbaycan bü gün Cənubi Qafazda söz sahibi olan bir dövlətdir. Onun siyasi lideri dünyanın ən güclü liderlərindəndir. 44 günlük müharibədən əvvəl də, müharibədən sonra da xarici dairələr öz işğalçı missiyalarını davam edirlər. Bizlərdən hər birimiz Azərbaycan vətəndaşı olaraq bu çirkin oyunların nəyə gətirib çıxara biləcəyini yaxşı bilirik. Ona görə də, dövlətimizi dəstəkləyirik, heç bir hibrid təhdid bizi tutduğumuz yoldan çəkindirə bilməz. Heç bir təhdid qələbəmizə xələl gətirə bilməz. Çünki, biz artıq həqiqətləri bilirik və yalanlara inanmırıq.

Müzakirələrdə iştirakçıların  süalları ekspert  tərəfindən cavablandırılmışdı.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı