Xəbərlər 23.04.2025 16:07 214

Ulu Öndərin xatirəsinə həsr edilmiş minifutbol turniri – MASALLIDA

Ulu Öndərin xatirəsinə həsr edilmiş minifutbol turniri – MASALLIDA

 

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin və Masallı Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş minifutbol idman növü üzrə rayon məktəbliləri arasında turnir keçirilib.
Masallı rayon mərkəzi stadionunda təşkil olunan yarışlar öncəsi Ulu Öndərin və Azərbaycanın müstəqilliyi, torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi ehtiramla anılıb. 
Məktəbli idmançılara təhsildə və idmanda uğurlar arzulayan Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin sədri Rasim Nurullayev, komitənin məclis üzvü Əkbər Mahmudov, Masallı Uşaq-Gənclər İdman Şahmat Məktəbinin direktoru Əlifağa Yaqubov, futbol bölməsinin baş məşqçi-müəllimi Rövşən Süleymanov çıxışlarında bildiriblər ki, Ulu Öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın hərtərəfli tərəqqisinə, o cümlədən bədən tərbiyəsi və idmanın inkişafına öz töhfəsini verib. Məhz bu uğurlu strategiyanın davamı olaraq Milli Olimpiya Komitəsinin prezidenti, dövlətimizin başçısı cənab İlham Əliyevin bu sahəyə yüksək səviyyəli diqqət və qayğısı nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. 
İki gün (21-22 aprel) davam edən turnirin yekun nəticələrinə əsasən Təzə Alvadı kənd 1 saylı tam orta məktəbinin komandası birinci, Ərkivan qəsəbə 3 saylı tam orta məktəbinin komandası ikinci, Qəriblər kənd tam orta məktəbinin komandası üçüncü yerə layiq görülüb.
Qalib komandalara təşkilat komitəsi tərəfindən kubok, müvafiq dərəcəli diplom və medallar təqdim edilib.
Yarışın keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyevin xatirəsinin yad olunması, onun irsinin təbliği, məktəblilərin asudə vaxtlarının səmərəli təşkili, onların minifutbol idman növünə maraqlarının artırılmasıdır.

 

Akif AĞAYEV
 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı