Yazar 08.03.2021 17:18 4825

Qadın hüquqları və milli-mənəvi dəyərlər

Könül Quliyeva 

 

İnsan hüquq və azadlıqları adı altında heç bir halda milli-mənəvi dəyərlərin dağıdılmasına yol vermək olmaz. Azərbaycan xalqı özünəməxsus milli adətləri olan xalqdır və bu xalqın milli-mənəvi dəyərləri ilə insan hüquqları arasında heç bir ziddiyyət yoxdur. Konstitusiyamızda belə əsas qanunumuzun mənbələrindən biri kimi adətlərimizin də göstərilməsi heç vaxt diqqətdən kənarda qalmamalıdır. Azərbaycan qadınının adına utancverici hərəkətlər yol verilməzdir. 

 

Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir. Tariximizin və mədəniyyətimizin neçə-neçə şanlı, parlaq səhifəsi məhz onun adı ilə bağlı olmuşdur. 

 

Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş etmişdir. Ötən əsrdə qadın hüquqlarının qazanılması və qorunması yolunda misilsiz uğurlar əldə etmiş Azərbaycan qadını bu gün artıq ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısıdır. O, taleyüklü milli məsələlərin həllinə sanballı töhfələr verir. 

 

Dövlət quruculuğunda onun yüksək ehtirama layiq mövqeyi bu gün qeyd edilən bayramı müstəqillik ideyası ətrafında sıx birləşən xalqımızın və cəmiyyətimizin bayramına çevirmişdir... Milli-mənəvi dəyərlərimizi qoruyan, ona sahiblənən, yaşadan, gələcək nəsillərə əmanət kimi ötürən bütün qadınların bayramı bir daha qutlu olsun!..


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı