Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər nazirliyində yüksək vəzifəli nazir Lana Nusseibehin BMT-nin baş katibi postuna namizədliyi ilə bağlı gözləntilər dəyişib. Oktyabrın 30-na qədər BMT dairələrində onun bu vəzifəyə seçilmək üçün geniş dəstəyə malik olduğu düşünülürdü.
QHT.az xarici mediaya istinadən bildirir ki, bir sıra diplomatların sözlərinə görə, ABŞ və Rusiya Lana Nusseibehin namizədliyini dəstəkləmək barədə razılığa gəlmiş, Fransa və Böyük Britaniya isə ciddi etiraz bildirməmişdi. Latın Amerikasından namizədin irəli sürülməsini dəstəkləyən Çin isə tərəddüd edirdi. Bununla belə, BƏƏ rəsmiləri namizədin lazımi səsləri təmin etdiyini düşünürdülər.
Lakin oktyabrın 30-da BMT Təhlükəsizlik Şurasında keçirilən gizli səsvermənin ilkin nəticələri fərqli olub. Baş katib postuna namizəd olan yeddi nəfərin iştirak etdiyi səsvermədə Lana Nusseibeh dördüncü yeri tutub. Onu Latın Amerikası və Karib hövzəsindən olan üç namizəd qabaqlayıb.
Namizədlər arasında Kosta-Rikanın nümayəndəsi Rebekka Qrinspan da yer alıb. Beləliklə, ilkin səsvermə BMT-nin növbəti baş katibinin seçilməsi prosesində regional dəstəyin və böyük dövlətlərin mövqeyinin əhəmiyyətini bir daha gündəmə gətirib.








