5 may 2023-cü il tarixində Bakı şəhərində “VCT Ölçü Meyarı” 2022-ci il üzrə ölkə hesabatının təqdimatı keçirilmişdir.

Təqdimatın əvvəlində MG Consulting MMC-nin direktoru Lalə Adilova salamlama sözləri ilə çıxış etmişdir.
Daha sonra MG Consulting MMC-nin hüquqşünası Emin Rzayev yeni hazırlanmış “VCT Ölçü Meyarı hesabatı” haqqında ətraflı təqdimat etmiş, 2022-ci ildə dəyişikliklər barədə məlumat vermiş və iştirakçıların suallarını cavablandırmışdır.

QHT Agentliyinin nümayəndəsi hesabata dair öz qeydlərini bildirmişdir..
Təqdimat Avropa Birliyinin (EU) maliyyələşdirdiyi, Qeyri Kommersiya Hüququ üzrə Avropa Mərkəzinin (ECNL) vasitəçiliyi ilə icra olunan “İrəliləyişlərin monitorinqi, fəaliyyətin gücləndirilməsi” Layihəsi çərçivəsində “MG Consulting” MMC tərəfindən hazırlanmışdır.
#MGC #Consulting #MMC #QHT #Təqdimat #Sertifikat #VCT #Ölçü #Meyarı #Hesabat















