Xəbərlər 07.05.2023 23:31 3077

Masallı idmançılarının MMA üzrə növbəti uğuru 

Təbrik edirik!

 

Masallı idmançılarının MMA üzrə növbəti uğuru 

 

“Azərbaycan Vale-tudo idman klubu” ictimai birliyinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq “Heydər Əliyev kuboku” adlı yeniyetmələr arasında qaydasız döyüş (MMA versiyası) üzrə respublika turniri keçirilib.
Turnirdə paytaxt Bakı ilə yanaşı, Azərbaycanın şəhər və rayonlarından 350-ə yaxın idmançı qüvvəsini sınayıb.
İki gün (6-7 may) davam edən yarışlarda “Masallı Fiqth Klubu”nun yetirmələri uğurlu nəticələr əldə ediblər. 
Belə ki, Mirhüseyn Bağırov (39 kq), Nihad Cəfərov (29 kq) birinci yerə layiq görülərək kubokla, Ağaverdi Ömər (26 kq) birinci, Yusif Kərimli (37 kq), Ümid Mənsimov (38 kq), Sübhan Hüseynli (27 kq) isə ikinci yerə sahib olaraq müvafiq dərəcəli medal və diplomlarla mükafatlanıblar.   
Eyni zamanda biz də Masallı rayonu idman ictimaiyyəti adından “Masallı Fiqth Klubu”nun (M.F.C MMA) rəhbəri Rəmzi Böyükağa oğlu Bağırovu 1-ci Dan qara kəmər dərəcəsinə, MMA və Vale-tudo idman növləri üzrə məşqçi-müəllim sertifikatına layiq görülməsi, eləcə də rəsmi olaraq “Masallı Fiqth Klubu”nun rəhbəri vəzifəsinə təyin olunması münasibətilə təbrik edir, ona və yetirmələrinə daha mötəbər yarışlarda möhtəşəm qələbələrə imza atmalarını arzu edirik!

 

Akif AĞAYEV,
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü. 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı