Xəbərlər 30.05.2025 11:10 114

Boliviyalı tədqiqatçı Violetta Karmenin iqlim dəyişiklikləri barədə təəssüratları - VİDEO

Aprelin 28-29-da Bakıda dünya əhalisinin təxminən 80%-ə yaxın hissəsini özündə birləşdirən 116 ölkədən nüfuzlu QHT rəhbərlərinin, vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə keçirilən Qlobal Cənub QHT Platformasının təsis konfransı ilə bağlı platformanın üzvü - Boliviyalı tətqiqatçı Violetta Karmen təəsüratlarını bölüşüb:

QHT.az xəbər verir ki, o, Boliviyada iqlim dəyişmələri ilə bağlı mövcud olan bəzi məsələləri diqqətə çatdırıb:

"Hazırda iqlim dəyişmələri səbəbilə uzunmüddətli quraqlıqlar və eyni zamanda daşqınlar baş verir. Bu isə kənd təsərrüfatına böyük zərər vurur və bəzi əhalinin digər bölgələrə köç etməsinə səbəb olur".

Ətraflı videoda:

 

Qeyd edək ki, bu konfrans Asiya, Afrika, Latın Amerikası, Okeaniya bölgələrini - dünya ölkələrinin üçdə iki hissəsini əhatə edən Qlobal Cənubun vətəndaş cəmiyyətinin həyatında əlamətdar hadisə hesab olunur.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı