Xəbərlər 30.05.2025 15:35 106

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar özlərini Sosial Xidmətlər Agentliyinin əməkdaşları kimi sınayıblar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə qeyri-adi addım atıb.

 

Xüsusi qayğıya ehtiyacı olan bir qrup uşaq Agentliyin aparatında qonaq olaraq burada çalışan bəzi əməkdaşları iş başında əvəz ediblər.

 

Tədbir çərçivəsində Vətən müharibəsi şəhidlərinin övladları və Agentliyin tabeliyində olan uşaq evi sosial xidmət müəssisələrində yaşayan uşaqlar müxtəlif fəaliyyət sahələrində özlərini sınamaq imkanı əldə ediblər.

Müxtəlif yaş qruplarına aid olan uşaqlar Agentliyin Vətəndaş qəbulu, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş, İnsan resurslarının idarə edilməsi, İctimaiyyətlə əlaqələr və kommunikasiya, ofis meneceri və digər sahələrdə bacarıqlarını nümayiş etdiriblər.

 

Onlara həssas əhali qruplarından olan vətəndaşlarla işləmək prinsipləri, sənədlərin arxivləşdirilməsi, daxil olan zənglərə cavab verilməsi qaydaları izah edilib.

 

Uşaqlar həmçinin bəzi struktur rəhbərlərinin rollarını imitasiya edib, imitasiya edib, qurum rəsmisi kimi müsahibə verib, qrafik dizayner işlərini icra ediblər.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı