Xəbərlər 30.05.2025 16:46 237

QHT Tarixi Zəfərin 5 illik yubileyinə həsr edilmiş silsilə tədbirlər keçirir - FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə  "Əsgər Ailəsi Cəmiyəti" Vətənpərvərliyin Təbliği İctimai Birliyi "Konstitusiya və Suverenlik İli" çərçivəsində "Tarixi Zəfərin 5 illik yubileyinə həsr edilmiş tədbirlər silsiləsi"  layihəsini icra edir.

QHT.az xəbər verir ki, tədbirlərdən biri də Salyan rayonu Kürsəngi kənd orta məktəbində şəhid Səməndər İmanovun xatirəsinə həsr olunub.

Tədbirdə şəhidin anası Validə İmanova, atası İsaxan İmanov və yaxınları, o cümlədən rayon icra hakimiyyətinin və Təhsil şöbəsinin nümayəndələri, məktəbin direktoru Elmin Şəmsiyev, müəllim Razgül Dadaşova, şəhidin döyüş yoldaşı, qazi Samir Süleymanov iştirak edərək şəhid haqqında xoş xatirələrini bölüşüblər.

Tədbirin təşkilatçısı, hərbi jurnalist, Qarabağ müharibəsi veteranı, "Əsgər Ailəsi Cəmiyəti" VTİB-nin rəhbəri Roza Əliqızı döyüş zamanı Səməndər İmanovla görüşüb ondan müsahibə almasını, şəhidin son arzusunu, onun son sözlərinin — "Bu dəfə qələbə mütləq qələbə olacaq" — deməsini və müsahibədən 3-4 dəqiqə sonra şəhid olmasını danışdı, şəhidin ailəsinə səbir dilədi.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı