"Nişanları tanı, güvənlə hərəkət et" adlı tədbir keçirilib - FOTOLAR
Uşaq Səfirlər Məclisinin Sumqayıt şəhəri üzrə fəalı Əsma Bağırovanın təşəbbüsü, Sumqayıt Şəhər İcra Hakimiyyətinin və Təhsil Sektorunun dəstəyi ilə "Yol hərəkəti qaydalarının öyrənilməsi" layihəsi çərçivəsində "Nişanları tanı, güvənlə hərəkət et" adlı tədbir keçirilib.
QHT.az xəbər verir ki, mövzunu əhatə edən geniş təqdimat səsləndirilib, yol hərəkəti qaydalarına dair komanda yarışı keçirilib, dəvət olunmuş qonaqlara söz verilib. Sonda Uşaq Səfirlər Məclisinin nümayəndələri öz fikirləri ilə bölüşüblər.