Xəbərlər 20.05.2023 21:09 3885

"Biz yaşadıqca Heydər Əliyev bizim qəlbimizdə yaşıyacaq" - AÇIQLAMA

"Bu günkü tədbirin əhəmiyyətini saymaqla bitirmək olmaz. Bizim arzumuz budur ki, Bakıda tədbir keçirdiyimiz kimi yaxın zamanlarda Naxçıvanda, Ankarada, Azərbaycanın digər bölgələrində də eynimahiyyətli tədbirləri keçirək".

QHT. az bildirir ki, bu sözləri SİA-ya açıqlamasında "Zirvə" İslahatlara Dəstək Mərkəzinin İctimai Birliyinin sədri, hərbi-siyasi ekspert Elçin Axundzadə bildirib.

 

O qeyd edib ki, tədbirin məqsədi Heydər Əliyev irsini gələcək nəsillərə ötürməkdən ibarətdir: "Gələcək nəsil bilməlidir ki, Azərbaycanın parçalanmasının qarşını almaqda, qardaş qırğınına maneə olmaqda Heydər Əliyevin müstəsna rolu olub. Ulu öndər əsrin kontraktını bağladı, Qarabağda atəşkəs imzaladı, strateji bir plan qurdu. Planın pik həddi də cənab Ali Baş Komandan İlham Əliyevin Şuşada bizim şanlı bayrağımızı dalğalandırması oldu.

 

Dünyanın hər nöqtəsində Türkiyə deyəndə ağıla ilk öncə Atatürk gəldiyi kimi Azərbaycan deyəndə də ağıla ilk olaraq Heydər Əliyev gəlir. Allah şəhidlərimizə, dahi Ulu öndər Heydər Əliyevə rəhmət eləsin. Biz yaşadıqca Heydər Əliyev bizim qəlbimizdə yaşıyacaq"


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı