QHT “Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” layihəsi çərçivəsində yekun konfrans keçirib - FOTOLAR
Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyi tərəfindən “Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində Bakı şəhərində yekun konfrans keçirilib.
QHT.az xəbər verir ki, layhə Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşir.Konfransda Azərbaycanının tanınmış vətəndaş cəmiyyəti təmsilçiləri, Milli Məclisin deputatları və Media qurumlarının rəhbərləri iştirak edib.
Təşkilatın rəhbəri İlqar Hüseynli tərəfindən layihə çərçivəsində həyata keçirilən fəaliyyətlər təqdim olunub. O bildirib ki, layihə may ayının 1-dən icra olunmağa başlayıb.Bu müddət ərzində Ekspert görüşü, İcma ilə görüş, Beynəlxalq konfrans (Belarus-Minsk),İmişli icması ilə Dəyirmi Masa,Beyləqan icması ilə Dəyirmi Masa, Bakı Konfransı həyata keçirilib,tədqiqatların və hesabatların hazırlanması prosesi davam etməkdədi.
Layihənin icrası dövründə 6 Press-reliz, 2 reels video,foto və videoçəkilişlər hazırlanıb, Azərbaycanda fəaliyyət göstərən saytlarda və mətbu orqanlarında 34 informasiya yayımalnıb, Sosial Şəbəkə hesablarında-8 paylaşma, Beynəlxalq Mətbuatda-2 informasiya,sosial platformada 2 paylaşım edilib və ümumilikdə 20 minə yaxın baxış sayı mövcuddur. Layihə fəaliyyətlərinin gələcəkdə də davam etdirilməsi, Milli Məclis-QHT əməkdaşlığının gücləndirilməsi istiqamətdə fəaliyyətlərin davam etdirilməsi nəzərdə tutulub.
Daha sonra Milli Məclisin deputatı Vüqar İsgəndərli Qərbi Azərbaycana qayıdış proseslərinin Milli və Beynəlxalq hüquq prinsiplərinə adaptasiya olunması barədə fikir bildirdi.O qeyd edib ki,Qərbi Azərbaycana qayıdış 100 minlərlə soydaşımızın legitim hüqüqudur və bu istiqamətdə bütün səylər birləşdirilməlidir. Milli Məclisin deputatı İctimai Birliklərlə iş üzrə komitənin üzvü Azər Allahverənov qayıdışın necə və hansı şərtlər altında olmasını,təhlükəsiz və ləyaqətli geridönüş prinsiplərinı səsləndirərək bildirdi ki, Qərbi Azərbaycana qayıdış ümumilli mənafe kimi qəbul olunmalıdır.Bu ölkə rəhbəri tərəfindən irəli sürülmüş əhəmiyyətli və strateji məqsədli prosesdir.
Azər Allahverənov həmçinin qeyd etdi ki, ermənidilli seqmentlərdə ciddi işləmək lazımdır,xüsusilə gənclərin bu proseslərdə iştirakına dəstək verilməılidir. Tanınmış Qazi,ictimai fəal Rey Kərimov təklif etdi ki, Qərbi Azərbaycana qayıdış məsələləri ilə məşğul olan ayrıca bir təşkilat yaradısın və bu fəaliyyətlərin çevik və dinamikliyini təmin etsin. QHT rəhbəri İradə Rzazadə QHT-lərlə,Qərbi Azərbaycan icması arasında əməkdaşlığın gücləndirilməsi və fəaliyyətlərin dəstəklənməsini təklif etdi. QHT rəhbəri Mahirə Əmirhüseynova bildirdi ki,bu istiqamətdə faliyyətlər davamlı olmalıdır və QHT-lər qayıdış prosesində əməkdaşlığı gücləndirməlidirlər.
Daha sonra Konstitusiya Araşdırmalar Fondunun rəhəbəri Əliməmməd Nuriyev təhlil olunmuş,hüuüi cəhətdən əsaslandırılımış təkliflərlə çıxış etdi.Bidirdi ki,tarixin hüquqi və əsaslı təhlili aparılmalıdır,detallı sənədlər hazırlanmalıdır.Məzarlıqların,müqəddəs yerlərin və toponimlərin xəritələşdirilməsi aparılmalıdır.Qlobal Cənub Platforması ilə də fəal iş aparılmalıdır. Tədbirdə həmçinin Qarabağ Qaziləri Birliyinin sədri Asəf Əliyev,QHT rəhbərləri Mirəli Hüseynov, Sədət Yaqubova,Ramil Əliyev,Zülfiyyə Nuriyeva,Vüsalə Hüseynli, Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım İctimai Birliyinin sədri İsgəndər Sərdarlı ,Media rəhbərləri Aqıl Camal və Cəsarət Hüseynzadə əhəmiyyətli təkliflər səsləndirdilər.