Hüquq və İnsan Haqları İnstitutunun rəhbəri Ali Məhkəmənin Elmi-məsləhət Şurasına üzv seçilib
Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə Ali Məhkəmənin Elmi-məsləhət Şurasına üzv seçilib.
QHT.az xəbər verir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2023-cü il 19 may tarixli qərarı ilə Ali Məhkəmə yanında Elmi-məsləhət Şurasının 12 nəfərdən ibarət yeni tərkibinin siyahısı açıqlanıb.
Elmi-məsləhət Şurasının yeni seçilmiş tərkibinin sıralarında Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadənin adı da yer alıb.
Qeyd edək ki, Elmi-məsləhət şurasının əsas fəaliyyəti məhkəmə təcrübəsində qarşıya çıxan problemlərin müzakirəsi, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı elmi araşdırmanın aparılması və təkliflərin hazırlanmasında Ali Məhkəməyə köməklik göstərməkdən ibarətdir.