Xəbərlər 08.06.2023 17:55 2571

İbtidai siniflərə qəbul zamanı uşaqlar imtahana cəlb edilmirlər - İctimai Şura sədrindən açıqlama

Diqqətinizə çatdırım ki, ibtidai siniflərə qəbul zamanı uşaqlar imtahana cəlb edilmirlər. Yalnız rus dilində ibtidai təhsil almaq istəyən uşaqların dil biliyi yoxlanılır. 

Bu fikirləri QHT.az açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova bildirib.
 

Günel Səfərova vurğulayıb ki, rus dilində ilkin biliklər olmadıqda gələcəkdə mövzuların öyrənilməsi uşaqlar üçün çətinlik yaradır: “Həmçinin, bu tələb Təhsil Nazirliyinin xüsusi istəyi yox, “Ümumi təhsil haqqında” Qanunun tələbidir. Anlayıram ki, təhsil geniş sahədir və burda da müəyyən problemlər var. Amma bu və ya digər məsələ haqqında yayılan məlumatın doğruluğu və səhihliyi olduqca önəmlidir. 


Qeyd edim ki, hazırda Elm və Təhsil Nazirliyi tərəfindən yeni layihələr həyata keçirilir. Bu layihələrin ictimai müzakirəsini də təşkil edə bilərik.” 

 

Çoxsaylı dəyərli jurnalist dostlarımızın zənglərinə cavab olaraq qeyd edirəm ki, ibtidai siniflərə qəbul zamanı uşaqların imtahana cəlb edilməsi ilə bağlı məlumat həqiqəti əks etdirmir – deyə ictimai şura sədri bildirib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı