Xəbərlər 08.06.2023 22:01 1399

2024-cü ilin ən isti il ​​olacağı gözlənilir- ÖZƏL

Dünyada istiləşməyə səbəb olan El Nino hava hadisəsinin başladığını açıqlayan ABŞ rəsmiləri 2024-cü ilin yəqin ki, dünyanın ən isti ili olacağını açıqlayıb.

QHT.az xəbər verir ki, Sakit okeanda El Nino hava hadisəsi başlayıb. ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) verdiyi açıqlamada bütün planeti təsir edən hava hadisəsinin önümüzdəki aylarda tədricən təsirini artıracağı bildirilib. Dünyanın bəzi yerlərində quraqlıq riskinin artması və güclü yağış kimi müxtəlif mənfi təsirlərə səbəb ola biləcəyini və temperatur rekordunun yaşanacağı gözlənilir.

El Nino-nun Afrika, Avstraliya və Asiya qitəsinin bəzi bölgələrində quraqlığa, Hindistanda musson yağışlarının zəifləməsinə, Amerikanın cənub və mərkəzi hissələrində güclü yağışlara səbəb olacağı gözlənilir.

İngilis elm adamları isə əldə edilən məlumatlara görə hazırda El Nino-nun gücləndiyini və 2023-cü ilin sonunda ən güclü vəziyyətinə gələcəyinin təxmin edildiyini ifadə edib.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı