Xəbərlər 09.06.2023 10:21 1064

Ordumuz İtaliyadan bu təyyarələri alır

Azərbaycan İtaliyadan hərbi təyinatlı “C-27J Spartan” təyyarələri alacaq.

 

QHT. az  Axar.az -a istinadən xəbər verir ki, bu barədə “marketscreener.com" saytı məlumat yayıb.

 

Məlumata görə, Azərbaycan təyyarənin alınması ilə bağlı İtaliya ilə müqavilə də bağlayıb.

 

Bildirilib ki, “Leonardo” şirkətinin istehsalı olan təyyarənin 1 ədədinin qiyməti 65-70 milyon dollar arasıdadır.

 

Təyyarələrin sayı barədə məlumat verilməsə də, böyük ehtimalla Azərbaycanın 3-4 ədəd alacağı bildirilir.

 

Mürəkkəb coğrafi relyef və əməliyyat şəraitində müdafiə və mülki müdafiə missiyalarını yerinə yetirə bilən təyyarə 60 əsgər və ya 45 xüsusi təyinatlı əsgər və ya 36 yaralı daşıya bilir.

 

Keçmiş SSRİ məkanında yalnız Türkmənistanda 2 ədəd belə təyyarə var.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı