Xəbərlər 09.06.2023 21:11 1919

İdmandan əvvəl və sonra hansı qidaları qəbul etməli?

“Yaxşı olar ki, idmandan əvvəl və sonra dərhal qida qəbulu olmasın! Əgər idmana başlayacayıqsa ən azı 40-50 dəqiqə əvvəldən yemək qəbul olunsun və idmandan sonra da yenə 1 saat fasilə verməklə qida qəbul edə bilər. Bu günün saatına görə də çox önəmlidir”- bu sözləri Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma və düzgün həyat tərzi üzrə beynəlxalq ekspert Məhsəti Hüseynova QHT.az-a açıqlamasında bildirib.

O həmçinin açıqlamasında qeyd edib ki, yaxşı olar ki, zülal mənşəli qidalar və faydalı karbohidratlardan istifadə edilsin. Burada qidaların tərkibində təbii şəkərlər, laktozalar, fruktozalar var: “Əgər idmançılar un məmulatlarından, nişasta tərkibli məhsullardan (kartof, düyü və s.) istifadə edərsə, insan orqanizmində həzm problemləri yaranır, əzələ kütləsini bərpa etmək istədiyi halda karbohidrat daha çox yağ təbəqəsini artırar, bu da onun üçün zərərlidir”.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı