Xəbərlər 02.08.2023 12:38 4602

Xüsusi ehtiyacı olan şəxslərə pulsuz hüquqi yardım xidməti göstəriləcək

“Sosial hüquqların araşdırılması” İctimai Birliyi “Sosial müdafiəyə xüsusi ehtiyacı olan ailələrin sosial hüquqlarının müdafiəsi məqsədilə ödənişsiz hüquqi yardım xidmətlərinin təşkili” adlı layihənin icrasını davam etdirir.

QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə təşkil olunan layihə üzrə işlər uğurla davam edir, aidiyyəti qurumlarla əməkdaşlıqlar edilir, müvafiq müqavilələr bağlanılıb. Layihənin əsas məqsədi əhalinin sosial müdafiəyə xüsusi ehtiyacı olan təbəqələrinin sosial hüquqlarla bağlı məlumatlandırılmasından, regionlarda “Ödənişsiz hüquqi yardım günləri”nin təşkil edilməsindən, vəkillərin, vəkilliyə namizəd olan nümayəndələrin, praktik hüquqşünasların, hüquq fakültəsi tələbələrinin, eləcə də sosial sahədə fəaliyyət göstərən QHT-lərin sosial hüquqlara dair biliklərinin artırılması üçün təlimlərin təşkilindən, sosial məsələlər üzrə hüquq klinikasında benefisiarlara ödənişsiz hüquqi yardım xidmətlərinin göstərilməsinin davam etdirilməsindən ibarətdir.

Bakı şəhərində, Tovuz və Ağstafa rayonlarında icra olunacaq layihə çərçivəsində “Qanunvericiliyin təkmilləşdirilməsinə dair Tövsiyyələr” adlı yekun sənəd hazırlanaraq müvafiq dövlət orqanlarına təqdim ediləcək. Sosial məsələlər üzrə hüquq klinikasında sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərə pulsuz hüquqi yardım xidməti göstəriləcək. Klinikaya sentyabr ayının 1-dən etibarən müraciət edilə bilər.

Qeyd edək ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərə Klinikada qəbul günləri həftənin I- V günləri, saat 10:00-dan 17:00-dək həyata keçiriləcəkdir.

Klinikanın ünvanı: Bakı şəhəri, A.M.Şərifzadə122/121

Əlaqə telefonları: mob: (055) 612 85 45, (012) 310 37 78

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı