Xəbərlər 25.06.2025 19:05 35

“Öyrən, xilas et!” layihəsi çərçivəsində Gəncə və Lənkəran şəhərində növbəti təlimlər keçirilib - FOTOLAR

Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Öyrən, xilas et!” layihəsi çərçivəsində Gəncə və Lənkəran şəhərində növbəti təlimlər keçirilib.

QHT.az xəbər verir ki, “Sularda (çimərliklərdə) хilasetmə məntəqələrində хidmətin təşkili” mövzusunda keçirilən təlimlərdə təlim iştirakçıları xilasetmə avadanlıq və vasitələrinin təyinatı, оnlardan istifadə qaydaları və zərərçəkmişlərə ilk yardımın göstərilməsi barədə məlumatlandırılıb.

Qeyd edək ki, layihənin əsas məqsədi fövqəladə vəziyyətlərdə və insan həyatı üçün təhlükə yaradan hallarda əhaliyə ilkin yardımın göstərilməsini öyrətmək və bu yolla vaxtında yardımın göstərilməməsi nəticəsində baş verən ölüm hallarının azaldılmasına dəstək göstərməkdir.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı